Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin imzaladığı sərəncamla Zamin Məmməd oğlu Əliyev Türkiyə Respublikasının İstanbul şəhərində Azərbaycan Respublikasının baş konsulu təyin edilib.
Referans Media Z.Əliyevlə bağlı məlumatları təqdim edir.
2000-ci ildə Bakı Dövlət Universitetinin Beynəlxalq Hüquq və Beynəlxalq Münasibətlər fakültəsinin bakalavrını, 2002-ci ildə magistraturasını bitirib.
2001-2005 – Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Birinci qərb ərazi idarəsinin referenti, attaşesi
2005-2008-ci illərdə Azərbaycan Respublikasının Macarıstandakı Səfirliyinin attaşesi, üçüncü katibi
2008-2011-ci illərdə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Beynəlxalq hüquq və müqavilələr idarəsinin üçüncü katibi, ikinci katibi
2011-2017-ci illərdə Türk Dövlətləri Təşkilatının layihə direktoru
2017-2020-ci illərdə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Beynəlxalq hüquq və müqavilələr idarəsinin birinci katibi, şöbə müdiri
2020-2021-ci illərdə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin İkinci Avropa idarəsinin rəis müavini
2021-2024-cü illərdə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Şərqi Avropa, Cənubi Qafqaz, Qərbi və Mərkəzi Asiya idarəsinin rəis müavini
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 18 noyabr 2024-cü il tarixli sərəncamı ilə Azərbaycan Respublikasının Türkiyənin Qars şəhərində baş konsulu təyin olunmuşdur./KONKRET.az/
Türk, ingilis və rus dillərini bilir.
Evlidir, 3 övladı var.
