Azərbaycanın tanınmış siyasi analitiki, Əməkdar jurnalist Tofiqəxanım Fazil qızı Qasımovanın (Nurani) səhhətində müsbət irəliləyiş müşahidə olunur.
Referans Media bildirir ki, bu barədə saytımıza Minval.az və Minval Politika resurslarının baş redaktoru Emil Mustafayev məlumat verib.
Onun sözlərinə görə, komadan çıxan jurnalistin vəziyyəti əvvəlki günlərlə müqayisədə yaxşılaşmağa doğru gedir.
"Səhhətində müsbət dinamika var. Özünü yaxşı hiss etməyə doğru gedir. Həkimlər əllərindən gələni edirlər ki, o, tez bir zamanda ayağa qalxsın. Hələlik palataya köçürülməyib. Reanimasiyadan nə vaxt köçürüləcəyi isə hələ məlum deyil", – deyə Emil Mustafayev bildirib.
Qeyd edək ki, Nurani Qasımova uzun müddətdir xərçəng xəstəliyindən əziyyət çəkir. O, səhhətindəki problemlər barədə uzun müddət ictimaiyyətə məlumat verməyib. Jurnalistin səhhəti kəskin pisləşdikdən sonra o, xəstəxanaya yerləşdirilib. Hazırda müalicəsi həkimlərin nəzarəti altında reanimasiya şöbəsində davam etdirilir./Musavat.com/
