Astarada elektrik dirəyində təmir aparan şəxs faciəli şəkildə öldü

Astara rayonunda bədbəxt hadisə baş verib.

Referans Media -ın əldə etdiyi məlumata görə, rayonun Kijəbə qəsəbə sakini - 1990-cı il təvəllüdlü Babək Baxşıyev yaşayış məntəqəsinin ərazisində işıq dirəyində təmir işləri görərkən elektrik cərəyanı vurması nəticəsində ölüb.

Faktla bağlı rayon prokurorluğu tərəfindən araşdırmalar aparılır./Oxu.Az/


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki