Buzovnada “BYD”yə çırpılan “Niva” aşdı - Video

Bu gün paytaxtın Xəzər rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

Referans Media  xəbər verir ki, Şağan-Buzovna yolunda “Niva” markalı minik avtomobili dönmə manevri edən “BYD” markalı avtomobilə çırpılaraq aşıb.

Nəticədə “Niva”da olan 1 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb və xəstəxanaya aparılıb.

Bildirilib ki, hadisə vaxtı “Niva” markalı avtomobil yüksək sürətlə hərəkət edirmiş./Qafqazinfo/


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki