Argentina prezidenti Braziliya liderini ölkəsində təhqir etdi

Argentina Prezidenti Xavyer Miley Braziliyaya səfəri zamanı bu ölkənin prezidenti Luis İnasio Lula da Silvanı tənqid edib. 

 Referans Media xəbər verir ki, o, qarşıdan gələn prezident seçkilərində müxalifət namizədi, keçmiş prezident Jair Bolsonaronun oğlu Flavio Bolsonarunu dəstəklədiyini söyləyib. 

San Pauloda keçirilən Liberal Partiyasının qurultayında çıxış edən Miley, Lula da Silvanı “lənətə gəlmiş solçu” adlandırıb, ona “cinayətkar”, hökumətinə isə “sosialist zibili” deyib./Globalinfo.az/


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki