"Bolt" taksi şirkətinin sürücüsü sərnişinə qarşı qeyri-etik münasibət göstərib.
Referans Media xəbər verir ki, bu barədə iddianın yer aldığı görüntülər sosial şəbəkədə paylaşılıb.
Sərnişin paylaşımında qeyd edib ki, əvvəlcədən ailəli olduğunu söyləsə də, sürücü münasibət qurmağa cəhd edib:
"Mənimlə Azərbaycan və rus dilində, işarələrlə qarışıq danışmağa başladı, üstəlik, bir neçə dəfə ön oturacaqda əyləşməyimi istədi.
Puldan söhbət gedən hissədə məndən çaypulu istədi. Taksi üçün 14 manat ödəmişdim, amma o dedi ki, "Biz uzağa gedirik, mənə də 5 manat saxla". Mən isə dedim ki, yanımda artıq pul yoxdur. Buna cavab olaraq dedi: "Axı sənin ərin var, qoy o versin"./Oxu.Az/
