"Fənərbaxça"da heyətlə bağlı mühüm qərarlar gündəmdədir. Xarici futbolçu limiti səbəbindən dəyişiklik etməli olan İstanbul təmsilçisinin portuqaliyalı sağ cinah müdafiəçisi Nelson Semedo ilə yollarını ayıra biləcəyi iddia olunur.
Referans Media xəbər verir ki, Səudiyyə Ərəbistanı klublarından "Əl-Şəbab"ın 32 yaşlı futbolçu ilə maraqlandığı bildirilir.
"Fənərbaxça" xarici futbolçu qaydasına (10+4) görə heyətində dəyişiklik etməyə məcburdur. Qaydaya əsasən, 2003-cü ildən əvvəl doğulan 11 futbolçudan ən azı birinin komandadan göndərilməsi tələb olunur.
Bu səbəbdən rəhbərlik üçün ayrılıq variantları arasında Nelson Semedonun satışı ön plana çıxıb.
Portuqaliyalı müdafiəçi hazırlıq mərhələsində "Qornik Zabrje" ilə qarşılaşmada göstərdiyi performansla diqqət çəkib. Buna baxmayaraq, heyət planlaması və legioner limiti səbəbindən onun satışı ciddi şəkildə müzakirə olunur.
Məlumata görə, daha əvvəl Fredin satışı baş məşqçi İsmayıl Kartal tərəfindən veto edildikdən sonra rəhbərlik limit problemini həll etmək üçün alternativ variantlara yönəlib.
Semedonun ayrılması halında sağ cinah müdafiəsində Mərt Müldür və Oqnen Mimoviç qalacaq. Lakin texniki heyətin U-23 limitinə uyğun yeni sağ bek transferi tələb edə biləcəyi bildirilir.
Semedonun satışı legioner problemini qismən həll etsə də, bunun kifayət etməyə biləcəyi qeyd olunur.
Yeni 9 nömrə transferi etmək istəyən "Fənərbaxça"da yaş limitinə görə daha bir futbolçunun ayrılması gündəmə gələ bilər. Bu baxımdan Anderson Taliska və Ceyden Osterfolde ayrılığa ən yaxın namizədlər sırasında göstərilir.
