Goranboy Rayon İcra Hakimiyyəti başçısı Məhərrəm Quliyevin rəhbərliyi ilə Şura üzvlərinin, hüquq-mühafizə orqanlarının, aidiyyəti idarə, müəssisə və təşkilat rəhbərlərinin, inzibati ərazi dairələri üzrə nümayəndələrin, bələdiyyə sədrlərinin və ictimai fəalların iştirakı ilə rayon İcra Hakimiyyəti başçısı yanında Şuranın növbəti iclası keçirilib. 

Referans Media xəbər verir ki, əvvəlcə iclasın gündəliyi iştirakçıların diqqətinə çatdırılıb.

Gündəliyə daxil edilmiş “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026-2030-cu illər üçün Dövlət Proqramı”nın icrası ilə əlaqədar Goranboy rayon İcra Hakimiyyətinin “İş Planı”nın təsdiq edilməsi, “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026-2030-cu illər üçün Dövlət Proqramı”nın icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının 06 iyul 2026-cı il tarıxli tövsiyə məktubuna əsasən Goranboy rayon İcra Hakimiyyəti başçısı yanında qərargahın yaradılması, 2026-cı ilin II rübü ərzində rayonun sosial-iqtisadi, ictimai-siyasi və mədəni inkişafı sahəsində görülmüş işlər və qarşıda duran vəzifələr, Azərbaycan Respublikasında 2026-cı ilin “Şəhərsalma və memarlıq ili” edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 22 dekabr 2025-ci il tarixli Sərəncamından irəli gələn məsələlərin icrasının təmin edilməsi vəziyyəti barədə və Goranboy rayonunun 2026-cı ildə “Gənclər Paytaxtı” élan olunması ilə bağlı rayonun fəal gəncləri ilə görüşlərin keçirilməsi və maarifləndirmə işlərinin aparılması vəziyyəti barədə məsələlər müzakirə edilərək müvafiq məruzələr dinlənildi və qarşıda duran vəzifələrin icrası ilə bağlı aidiyyəti qurumlara konkret tapşırıqlar verildi.

İclasda həmçinin təhsil, səhiyyə, mədəniyyət və kənd təsərrüfatı sahələrində mövcud vəziyyət, rayon ərazisində dövlət mülkiyyətinə aid yay otlaq sahələrindən səmərəli və təyinatı üzrə istifadə olunması, şəhid ailələri və qazilərin sosial müdafiəsinin gücləndirilməsi, onların müraciət və problemlərinin operativ həlli, vətəndaş müraciətlərinin təhlili və icra intizamının yüksəldilməsi, erkən evlilik və qohum nikahlarının qarşısının alınması istiqamətində maarifləndirmə tədbirlərinin genişləndirilməsi, qanunsuz tikintilərə qarşı mübarizənin gücləndirilməsi, eləcə də yerli özünüidarəetmə orqanları ilə qarşılıqlı fəaliyyətin daha da təkmilləşdirilməsi məsələləri ətraflı müzakirə olundu./Unikal/