Qazaxıstan Azərbaycan ərazisindən keçən marşrutları nəzərdən keçirir

Qazaxıstan iyul ayında Xəzər Boru Kəməri Konsorsiumunun işindəki dayanmalar səbəbindən neft ixracının bir hissəsini digər marşrutlara yönləndirib.  

Referans Media  “İnterfaks-Qazaxıstan”a istinadən xəbər verir ki, bu barədə ölkənin Energetika Nazirliyi məlumat yayıb. 

Nazirlik alternativ tədarük marşrutlarını, o cümlədən Azərbaycan ərazisindən keçən marşrutları nəzərdən keçirdiyini açıqlayıb. 

Məlumata görə, hazırda ixrac axınlarının yenidən bölüşdürülməsi üzrə işlər aparılır. Belə ki, qeyd olunan dövrdə Atırau-Samara istiqamətində daşımalar artırılıb, həmçinin Çinə tədarüklərin artması qeydə alınıb. 

“Bakı-Tbilisi-Ceyhan sistemi vasitəsilə daşıma, Xəzər dənizi üzərindən Azərbaycan ərazisi vasitəsilə daşıma, həmçinin Bakı-Supsa marşrutu nəzərdən keçirilir”, - nazirliyin açıqlamasında deyilir. 

Xatırladaq ki, son dövrlərdə Ukraynanın Xəzər Boru Kəməri Konsorsiumunun infrastrukturuna hücumları artıb. Bu səbəbdən yükləmə əməliyyatlarının dayandırıldığı, neft qiymətlərinin isə artdığı bildirilir. 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki