Qazaxıstanı don vurdu

Üç gündür Qazaxıstanın əksər hissəsində mənfi 28-30 dərəcə şaxta müşahidə olunur.

Referans Media Qazaxıstan mətbuatına istinadən bildirir ki, atmosfer cəbhəsi kəsişmələri səbəbindən Qazaxıstanda növbəti günlər ərzində də qar, çovğun proqnozlaşdırılır. Yanvarın 22-də isə xüsusilə gecə şaxta 40 dərəcəyədək enəcək. Cənub və cənub-şərqdə buzlu hava gözlənilir.

Qazaxıstanın qərbində, cənub-qərbində, cənubunda və cənub-şərqində temperatur tədricən artacaq, gündüz temperatur cənub rayonlarında 10-13°C-yə çatacaq.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki