image-ramiz-mehdiyevbackend

RAMİZ MEHDİYEVİN YÜK DAŞIMAÇILIĞI: Görün nələr üzə çıxdı

Türkiyəni sevməyən Ramiz Mehdiyevin orada biznes əlaqələri ortaya çıxıb. Bu barədə gununsesi.info məlumat yayıb.

Referans Media bildirir ki, hazırda Türkiyə ilə Avropa arasında yükdaşıma ilə məşğul olan dörd tankerin idarəçiliyi Azərbaycandan olan şəxslərdədir. Bu gəmilər “boz kardinal”ın övladlarının adına rəsmiləşdirilib və ən irisinin adı “Enveroğlu”dur.

Xatırladım ki, Ramiz Mehdiyevin atasının adı Ənvərdir. Yəni, tankerə onun atasının adı qoyulub.

Ümumiyyətlə, Türkiyədə beynəlxalq yükdaşıma ilə məşğul olan, logistika sahəsindəki şirkətlərin siyahısına baxdıqda “Enveroğlu” adı ilə keçən və Avropaya, Rusiyaya daşımalar edən şirkətlərə rast gəlmək olur. Onların Ramiz Mehdiyevlə nə dərəcədə bağlı olduğunu bilmək üçün dövlət orqanları araşdırma aparsalar, yaxşı olardı.

Bu məsələdə Mübariz Mənsimov amilini də nəzərdən qaçırmaq olmaz. Son zamanlar “Palmali” sahibinin şeyülislam Allahşükür Paşazadə və Ramiz Mehdiyevlə iş birliyinin olduğu barədə məlumatlar dolaşırdı. Sonradan onun şirkətlərindən birinin Qafqazın dini rəhbəri Paşazadənin oğlunun adına keçirilməsi məlum oldu, sənədlər üzə çıxdı. Məhz buna görə də Mübariz Mənsimov Türkiyədə həbs olunanda Allahşükür müəllim canfəşanlıq edərək Azərbaycandakı digər icma rəhbərlərini başına toplayaraq Rəcəb Tayyib Ərdoğana M.Mənsimovun bağışlanması xahişi ilə müraciət etmişdi.

Xatırladım ki, Mübariz Mənsimov biznesinin əsasını Rusiyada qoyub. Gəmi aşpazlığından müəmmalı yüksəlişi hələ də sirr olaraq qalır. Bəlkə də bu sirr elə Mübariz Mənsimov-Allahşükür Paşazadə-Ramiz Mehdiyev üçbucağındadır.

Sima Babayeva


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki