backend

Rap dünyasında nə baş verir? Konsertlər bir-birinin ardınca ləğv edildi

Məşhur reperlərin konsertlərinin təxirə salınması xəbəri rep dünyasında baş verənlərlə bağlı suallar doğurub. Reperlər Blok3, Ati242 və Çakalın paylaşımları pərəstişkarları arasında narahatlığa səbəb olub.

Referans Media xəbər verir ki, tanınmış reperlər Blok3, Ati242 və Çakalın sosial şəbəkələrdə ardıcıl açıqlamaları pərəstişkarlarının narahatlığına səbəb olub.

Məşhur reper, səhhətindəki problemlərə görə Türkiyənin müxtəlif şəhərlərində planlaşdırdığı konsertlərini müvəqqəti olaraq təxirə saldığını açıqlayıb.

Bu açıqlamadan dərhal sonra Ati242 oxşar bir paylaşım, fasilə verəcəyini açıqlayıb.

Emirhan Çakal isə sosial media hesabından “Qardaşımı çox sevirəm. Ailəm üçün əlimdən gələni edirəm. Ad günlərini qeyd etməyi sevmirəm. Bir məqsədim var. Sosial media indi mənə zərər verir” sözlərini paylaşaraq, bir müddət platformadan uzaq qalacağını bildirib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki