Mingəçevir Dövlət Universitetinin (MDU) Beynəlxalq Əməkdaşlıq Ofisinə yeni direktor təyin olunub.
Referans Teleqraf-a istinadən xəbər verir ki, bu barədə ali təhsil müəssisəsinin rektoru Anar Eminov əmr imzalayıb.
Əmrə əsasən, Samrə Famil qızı Əhmədova ofisin rəhbəri vəzifəsinə gətirilib.
O, 2007-ci ildən MDU-da ingilis dili müəllimi işləyir.
S.Əhmədova Sloveniyada dünya ədəbiyyatı ixtisası üzrə doktorantura araşdırmalarında iştirak edib, Portuqaliyada beynəlxalq əməkdaşlıq üzrə ixtisasartırma təlimlərinə qatılıb və çoxsaylı beynəlxalq elm-təhsil layihələrinin fəal iştirakçısı olub.
Xatırladaq ki, Prezident İlham Əliyevin 2025-ci il aprelin 9-da imzaladığı sərəncamla Anar Eminov MDU-nun rektoru təyin edilib.