Rusiya Müdafiə Nazirliyi Ukraynaya məxsus 170-dən çox pilotsuz uçuş aparatının (PUA) Moskva da daxil olmaqla müxtəlif bölgələr üzərində zərərsizləşdirildiyini açıqlayıb.
Nazirliyin yaydığı məlumata görə, Ukrayna ordusu gecə saatlarında Rusiya ərazisinə PUA hücumu həyata keçirib.
Açıqlamada bildirilib ki, dünən yerli vaxtla saat 20:00-dan bu gün saat 07:00-dək Ukraynaya məxsus 172 PUA hava hücumundan müdafiə sistemləri tərəfindən məhv edilib. Qeyd olunub ki, həmin PUA-lar Moskva da daxil olmaqla müxtəlif bölgələr, eləcə də Azov və Qara dəniz üzərində vurulub.
Rusiya Federasiyasının Krasnodar vilayətinin Operativ Mərkəzinin yaydığı açıqlamada isə vurulan PUA-ların qalıqlarının düşməsi nəticəsində bölgədə yerləşən neft terminalında yanğın baş verdiyi bildirilib.
