Rusiya Prezidenti Vladimir Putin ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiven Uitkoff ilə görüşə başlayıb.
Referans Media xəbər verir ki, bu barədə TASS agentliyinin müxbiri məlumat verib.
Görüş Sankt-Peterburqdakı Konstantinovski Sarayında keçirilir.
Kremlin köməkçisi Yuri Uşakov daha əvvəl bildirmişdi ki, danışıqların əsas mövzusu Ukrayna münaqişəsinin nizamlanması olacaq.
Tərəflərin görüşdə münaqişənin həlli istiqamətində mümkün diplomatik addımları, həmçinin Rusiya ilə ABŞ arasında aktual məsələləri müzakirə edəcəyi gözlənilir.
