Rusiya–Çin münasibətlərində yeni mərhələ: Sankt-Peterburqda mühüm görüş

Rusiya və Çin hökumət başçıları arasında keçirilən 31-ci müntəzəm görüşün yekununda Rusiyanın Baş naziri Mixail Mişustin və Çinin Baş naziri Li Tsyanq rəsmi mərasimdə birgə kommünike imzalayıblar.

Referans Media xəbər verir ki, Sankt-Peterburqun mərkəzində yerləşən Boris Yeltsin Prezident Kitabxanasında keçirilən görüş çərçivəsində tərəflər iki raund danışıqlar aparıblar.

Danışıqlar zamanı Mixail Mişustin və Li Tsyanq Moskva ilə Pekin arasında strateji tərəfdaşlığın yüksək əhəmiyyət daşıdığını vurğulayıblar. Tərəflər iqtisadiyyat, ticarət, investisiya, enerji və digər sahələrdə əməkdaşlığın daha da dərinləşdirilməsi və genişləndirilməsi istiqamətində yeni prioritetləri müəyyən ediblər.

Birgə kommünikedə Rusiya və Çin arasında qarşılıqlı faydalı əməkdaşlığın inkişaf etdirilməsi, hökumətlərarası əlaqələrin gücləndirilməsi və strateji tərəfdaşlığın gələcəkdə daha da möhkəmləndirilməsi niyyəti bir daha təsdiqlənib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki