Maşınını satıb “Fənərbağça”ya mərc etdi – 90-cı dəqiqədə hər şey bitdi

UEFA Çempionlar Liqasının 3-cü turunda “Fənərbağça” ilə “Slaviya Praqa” arasında keçirilən və 2:2 hesabı ilə başa çatan oyun yüksək məbləğdə mərc etdiyi bildirilən bir azarkeşin planlarını alt-üst edib.

Referans Media Türkiyə mətbuatına istinadən xəbər verir ki, sosial şəbəkə istifadəçilərindən biri “Honda” markalı avtomobilini satdığını və İstanbul təmsilçisinin qələbəsinə iki ayrı kuponla ümumilikdə 1 milyon 100 min lirə mərc etdiyini iddia edib.

Paylaşılan kuponlarda mümkün ümumi qazancın 3 milyon 296 min lirə olduğu göstərilib. Azarkeşin qazanacağı təqdirdə 2 milyon 178 min lirə dəyərində BMW avtomobili almağı planlaşdırdığı da bildirilib.

Qarşılaşmada Oğuz Aydın və Qrinvudun qolları ilə 2:0 hesabı ilə önə keçən “Fənərbağça” fasiləyədək üstünlüyünü qoruya bilməyib. “Slaviya Praqa” əvvəlcə fərqi azaldıb, 90-cı dəqiqədə vurulan qol isə hesabı 2:2-yə çatdırıb.

Nəticədə, paylaşılan kuponlardakı proqnozlar özünü doğrultmayıb və azarkeşin milyonluq qazanc ümidi puça çıxıb. Bununla belə, avtomobilin həqiqətən satıldığı və mərc məbləğlərinin real olduğu müstəqil şəkildə təsdiqlənməyib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki