Türkiyənin Samsun şəhərində evli kişinin münasibətdə olduğu iddia edilən qadınla bağlı qalmaqal yaşanıb. Kişinin həyat yoldaşı və iki bacısı həmin qadını döyməkdə ittiham olunur. Hadisə zamanı qadının burnu sınıb, başından və qolundan xəsarətlər alıb.
Referans Media xəbər verir ki, hadisə oktyabrın 7-də Bahçelievler məhəlləsindəki 56-lar küçəsində baş verib. İddiaya görə, E.G. adlı qadın həyat yoldaşı V.G. ilə münasibətdə olduğunu düşündüyü M.M. ilə qarşılaşıb. Bundan sonra E.G. və iki bacısı qadına hücum etməkdə ittiham olunublar. Hadisə təhlükəsizlik kameralarına da düşüb.
Yaralı qadın xəstəxanaya çatdırılıb. O, hücumun beş yaşlı qızının gözü qarşısında baş verdiyini və üç qadının onu yerə yıxaraq yumruq və təpiklərlə vurduğunu bildirib. M.M. hücum zamanı bacılardan birinin bıçaq çıxardığını da iddia edib.
Hadisə ilə bağlı saxlanılan üç bacı isə ittihamları rədd ediblər. Onlardan biri mübahisə zamanı heç kimə zərbə vurmadığını, digəri isə yalnız özünü müdafiə etdiyini bildirib.
Məlumata görə, V.G.-nin M.M. ilə səyahət agentliyində tanış olduğu və özünü subay kimi təqdim etdiyi də iddia edilir.
Polisdəki prosedurlar başa çatdıqdan sonra üç bacı məhkəməyə göndərilib.
