backend

Rusiyada azərbaycanlılara məxsus məşhur restoran BAĞLANDI

Kazan şəhərində yerləşən “Bakinskiy Dvorik” restoranının fəaliyyəti müştərilərin Verka Serduçkanın mahnıları sədaları altında rəqs etməsindən sonra məhkəmə qərarı ilə fəaliyyəti dayandırılıb.

Referans Media  “Kommersant” qəzetinə istinadən xəbər verir ki, pozuntular Tatarıstan Prokurorluğunun keçirdiyi yoxlama zamanı aşkarlanıb. Novo-Savinovski Rayon Məhkəməsinin sənədlərində qeyd olunur ki, restoranın yerləşdiyi binanın kirayəçisi olan “Buta” MMC və müəssisənin direktoru Rusiya Federasiyasının İnzibati Xətalar Məcəlləsinin 20.3.3-cü maddəsi üzrə məsuliyyətə cəlb olunublar. Həmin maddə Rusiya Silahlı Qüvvələrinin istifadəsini nüfuzdan salmağa yönəlmiş ictimai hərəkətləri nəzərdə tutur.

Məhkəmənin qərarına əsasən, “Buta” MMC 300 min rubl, müəssisənin direktoru isə 100 min rubl məbləğində cərimələnib.

Bundan əlavə, yoxlama zamanı kafedə yanğın təhlükəsizliyi qaydalarının da pozulduğu müəyyən edilib. Bu səbəbdən təşkilat və onun rəhbəri Rusiya Federasiyasının İnzibati Xətalar Məcəlləsinin 20.35-ci maddəsinin 1-ci hissəsi üzrə müvafiq olaraq 100 min və 30 min rubl cərimə olunublar.

Məhkəmə qərarına əsasən, aşkar edilmiş pozuntular tam aradan qaldırılanadək “Bakinskiy Dvorik” restoranının fəaliyyəti müvəqqəti olaraq dayandırılıb./Ajans.az


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki