“Rusların qulusan” dedi, qardaş ölkə ayağa qalxdı – VİDEObackend

“Rusların qulusan” dedi, qardaş ölkə ayağa qalxdı – VİDEO

Rusiyada yerli vətəndaşla özbək taksi sürücüsü arasında yaşanan mübahisə Özbəkistanda ciddi etiraza səbəb olub.

Referans.az xəbər verir ki, sosial şəbəkələrdə yayılan görüntülərdə bir rus özbək taksi sürücüsünü təhqir edib, onu “rusların qulu” adlandırıb.

“Bura işləməyə gəlmisən? Sakit şəkildə işlə! Ağzını açma. Sən bir qulsan, rusların qulu. Özbəkistanda heç nə olmadığı üçün Rusiyaya gəlmisən”, – həmin şəxs bildirib.

Sözügedən görüntülər sosial şəbəkələrin xüsusilə türk ölkələri seqmentində böyük narazılıqla qarşılanıb. Özbəkistan Xarici İşlər Nazirliyi Rusiyaya rəsmi etiraz notası göndərib. Həmin şəxsin tapılması və cəzalanması tələb edib.

XİN sözçüsü hər bir Özbəkistan vətəndaşının dövlətin himayəsində olduğunu vurğulayıb.

Görüntüləri təqdim edirik:/

Globalinfo.az 



  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki