Sabah Bakının bu ərazilərində qaz olmayacaq

Sabah Bakının Suraxanı rayonunun bəzi küçələrində təbii qazın verilməsi müvəqqəti dayandırılacaq.

Bu barədə Referans Media-ya Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyindən məlumat verilib.

Bildirilib ki, təmir-bərpa və yenidənqurma işləri ilə əlaqədar mayın 26-da saat 10:00-dan işlər yekunlaşanadək Suraxanı rayonunun Mərkəzi və S.Əliyev küçələrinin qaz təchizatında qısamüddətli fasilə yaranacaq.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki