Sabah saat 09:00-dan qaz kəsiləcək – BU ƏRAZİLƏRDƏ

Sabah Yevlax rayonunun 8 kəndinin qaz təchizatı dayandırılacaq.

Bu barədə Referans Media-ya Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyinin Tərtər Regional Qaz İstismarı İdarəsindən məlumat verilib.

Bildirilib ki, payız-qış mövsümünə hazırlıq işləri ilə əlaqədar saat 09:00-dan işlər yekunlaşanadək Yevlax rayonunun Cırdaxan, Salahlı, Varvara, Balçılı, Ağqrax, Səmədabad, İsmayılabad və Bünyadabad kəndlərinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki