Fransanın paytaxtı Parisdə həftəsonu keçirilməsi planlaşdırılan kütləvi etiraz aksiyaları ilə əlaqədar iki ərazidə komendant saatı elan edilib.
Referans Media xarici mediaya istinadən xəbər verir ki, məhdudiyyətlər yerli vaxtla saat 23:00-dan 06:00-dək Respublika meydanı və Şatle-Le-Al məhəlləsində qüvvədə olacaq.
Komendant saatı şənbə günündən bazar gününə və bazar günündən bazar ertəsinə keçən gecələr tətbiq ediləcək.
Qeyd edək ki, sabah Fransada keçiriləcək etiraz aksiyalarında 500 minədək insanın iştirak edəcəyi gözlənilir./Publika.az
