image-257823backend

Sabunçuda bayram axşamı oğurluq edən şəxs saxlanıldı

Paytaxtın Sabunçu rayonu ərazisində fəaliyyət göstərən iaşə obyektlərinin birində çalışan şəxs polisə müraciət edərək dekabrın 31-də çantasından 600 manat dəyərində qızıl-zinət əşyasının oğurlandığını bildirib.

Bu barədə Referans Media-ya Daxili İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Sabunçu Rayon Polis İdarəsi 12-ci Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlini törətməkdə şübhəli bilinən 47 yaşlı R.Cəfərov saxlanılıb.

Araşdırma aparılır.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki