backend

Sadettin Saranla bağlı narkotik araşdırmasında yeni detallar

İstanbul Respublika Baş Prokurorluğu tərəfindən aparılan narkotik maddələrlə bağlı istintaqda “Fənərbaxça” klubunun prezidenti Sadettin Saranla bağlı yeni məlumatlar üzə çıxıb.

Referans Media xəbər verir ki, istintaq çərçivəsində Saranın İstanbul və Çanaqqala vilayətlərindəki evlərində aparılan axtarışlar zamanı kokain və marixuana qalığı olduğu ehtimal edilən maddələr aşkarlanıb. İstanbulda yerləşən evində qonaq otağında tapılan şüşə qabda aparılan ilkin ekspertiza nəticəsində kokain izlərinə rast gəlindiyi bildirilib.

Çanaqqalanın Ayvacık rayonundakı villasının həyətində isə marixuana əkildiyi, reyd öncəsi ərazinin yandırıldığı müəyyən edilib. Villada aparılan axtarışlar zamanı THC testi müsbət çıxan maddi sübutlar götürülərək laboratoriyaya göndərilib. Villanın mühafizəçisi saxlanılıb, istintaq davam edir.

Sadettin Saran tapılan maddələrlə bağlı iddiaları rədd edərək, onların dərman, lavanda və digər bitki qalıqları olduğunu bildirib. O, həmçinin barəsində “qərəzli məlumatların yayılması ilə nüfuzuna xələl gətirildiyini” bəyan edib.

Eyni istintaq çərçivəsində daha 3 nəfər saxlanılıb, iş adamı Qasım Qaripoğlunun sürücüsü isə etirafçı qismində ifadə verərək, narkotik istifadə edilən məclislər və iştirakçılar barədə məlumatlar açıqlayıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki