“Şamaxı” Azərbaycanın U-21 millisini məğlub etdi

Bakıda təlim-məşq toplanışında olan 21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası ikinci yoxlama oyununu keçirib.

Referans Media  xəbər verir ki, U-21 son matçında Misli Premyer Liqasında çıxış edən “Şamaxı” klubu ilə qarşılaşıb.

“Liv Bona Dea Arena”da baş tutan görüş bölgə təmsilçisinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Qeyd edək ki, yığma toplanış çərçivəsində ilk yoxlama oyununda I Liqa təmsilçisi “Səbail”i 1:0 hesabı ilə məğlub edib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki