Şamaxı-İsmayıllı yolundakı qəzanın ANBAAN VİDEOSU

Şamaxı-İsmayıllı yolunda təhlükəli manevr yol-nəqliyyat hadisəsinin baş verməsinə səbəb olub.

Referans Media bildirir ki, bu barədə Oxu.Az-ın qaynar xəttinə (+994 55 224 12 12) məlumat daxil olub.

Qeyd edilib ki, hadisə qəzadan son anda yayınan digər sürücünün avtomobilində olan qeydiyyat kamerası tərəfindən lentə alınıb.

 

Bildirilib ki, qəza zamanı VAZ-2115 markalı avtomobil qarşıdan gələn yük maşınına çırpılıb. Arxandan gələn nəqliyyat vasitəsinin sürücüsü isə qəzadan son anda yayına bilib.

Hadisə zamanı ölən və xəsarət alanların olub-olmaması ilə bağlı hələlik məlumat yoxdur. Qəza nəticəsində avtomobillərə ciddi maddi ziyan dəyib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki