Sabunçu rayonunda çimərlikdə naməlum kişi meyiti tapılıb.
Referans Media xəbər verir ki, hadisə bu gün saat 01 radələrində Bilgəh qəsəbəsinin ərazisində yerləşən çimərlikdə baş verib.
Oradan 35-40 yaşlarında naməlum kişi meyiti aşkar edilərək, aidiyyəti üzrə təhvil verilib.
Ölən şəxsin kimliyi hələlik bilinmir.
Faktla bağlı araşdırmalar Sabunçu Rayon Prokurorluğu tərəfindən aparılır./“Qafqazinfo”/
