Füzuli rayonunda minik avtomobili ağaca çırpılıb.
Referans Media “Qafqazinfo” istinadla xəbər verir ki, “Hyundai” markalı minik avtomobili sürücünün idarəetməni itirməsi nəticəsində yol kənarındakı şam ağacına çırpılıb.
Qəza zamanı avtomobilin sürücüsü və 2 sərnişini xəsarət alıblar. Yaralılar təcili tibbi yardım briqadası tərəfindən xəstəxanaya çatdırılıblar.
Faktla bağlı araşdırma aparılır.

