Saxta sağlamlıq arayışı verən məşhur klinikanın lisenziyası LƏĞV EDİLDİ

Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi (AEM) saxta sağlamlıq arayışı verən "General Hospital"da araşdırmaya başlayıb.

Referans Media "Unikal"a istinadən xəbər verir ki, aşkarlanan nöqsanlardan sonra "General Hospital"ın lisenziyası İqtisadiyyat Nazirliyi tərəfindən ləğv edilib.

Həmin klinika artıq özəl tibb müəssisəsi kimi fəaliyyət göstərə bilməyəcək.

Məlumat İqtisadiyyat Nazirliyi tərəfindən təsdiqlənib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki