Şəkidə yük maşını aşıb, ölən və yaralanan varbackend

Şəkidə yük maşını aşıb, ölən və yaralanan var

  Şəkidə yük maşını aşıb, ölən və xəsarət alan var.

Referans APA-ya istinadla xəbər verir ki, hadisə axşam saat 18 radələrində Şəki şəhəri Bağbanlar küçəsində baş verib.

İlkin məlumata görə, avtomobil yük boşaldərkən aşıb. Nəticədə nəqliyyat vasitəsində olan 57 yaşlı rayonun Baltalı kənd sakini Rizvan Cəlilov aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Daha bir nəfər Şəki şəhər sakini 58 yaşlı Nemət Alxasov müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

N. Alxasov Şəki Rayon Mərkəzi Xəstəxanasının (RMX) Təcili Tibbi yardım Şöbəsinə yerləşdirlib.

Faktla bağlı Şəki Şəhər-Rayon Polis Şöbəsində araşdırma aparılır.  


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki