İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) mümkün hücum halında düşmən əsgərlərini yerləşdirmək üçün xüsusi hərbi əsir düşərgələrinin hazırlandığını bəyan edib.
Referans Media xəbər verir ki, İran Silahlı Qüvvələri hazırda tam döyüş hazırlığı vəziyyətinə gətirilib.
SEPAH-dan verilən rəsmi açıqlamada bildirilir ki, İrana qarşı istənilən yeni hücuma strateji çəkindirmə səviyyəsində, düşmənin gözləntilərini qat-qat üstələyən cavab veriləcək.
Eyni zamanda, Hörmüz boğazı üzərində nəzarətin İranın əsas strategiyası olaraq qalacağı vurğulanıb.
Qeyd olunub ki, ABŞ və müttəfiqlərinə məxsus gəmilər istisna olmaqla, digər ticarət gəmilərinin boğazdan keçidinə icazə veriləcək.





















