image-mohsen-rezaibackend

SEPAH generalından SƏRT XƏBƏRDARLIQ: “Gözləmədiyiniz hadisələr baş verəcək”

ABŞ və İsrail yaşayış məntəqələrinə hücumlardan çəkinməlidir.

Referans Media “Azad İran”a istinadən xəbər verir ki, bunu SEPAH-ın keçmiş komandanı və hazırda Məsləhət Şurasının üzvü, general Mohsen Rezai deyib.

Onun sözlərinə görə, bu baş verərsə, İran eyni şəkildə qarşılıq verəcək:

“Mən sonda deyəcəyim sözü elə lap əvvəldə demək istəyirəm. Bunu cənab Tramp və Netanyahuya deyirəm: Yaşayış məntəqələrinə hücum etməkdən əl çəkin. Biz buna eyni şəkildə qarşılıq verəcəyik.

Səddamın İrana qarşı səkkiz illik müharibəsində, Xorrəmşəhr azad edildikdən və biz sərhədə çatdıqdan sonra, onlar qorxularından bizim şəhərlərimizə hücum etməyə, raketlər atmağa başladılar.

Məsələn, Dezful, Məscid-Süleyman, Xuzistanın digər şəhərləri, daha sonra Nəhavənd və hətta sonralar Tehrana da raket atmaq istəyirdilər.

Biz İmamın (Xomeyninin) yanına gedib dedik: “Cənab, icazə verin biz də onlara cavab verək, çünki onlar dinc əhalini və yaşayış məntəqələrini vururlar”. İmam əvvəlcə razı olmadı. Bir ay, iki ay, üç ay, bəlkə də yeddi-səkkiz ay çəkdi ki, İmam buna icazə verməyin zəruriliyinə əmin oldu. Bizə icazə veriləndə dərhal qarşılıq verməyə başladıq”.

Mohsen Rezai bildirib ki, bu sahədə kifayət qədər təcrübələri var:

“Ona görə də bu sahədə təcrübəmiz var, taktikasını bilirik və buna gücümüz də çatır. Yaşayış məntəqələrinə hücum etməkdən əl çəkin!

Bu sizin üçün çox pis nəticələnəcək. O zaman heç gözləmədiyiniz bir şey baş verəcək.

Düşünməyin ki, yaşayış məntəqələrini vurmaqla İranı təslim edib atəşkəsə məcbur edə bilərsiniz. Belə deyil. Özünüz də gördünüz ki, siz raketlər atdıqda bizim xalqımız meydanlara çıxdı, “Amerikaya ölüm”, “İsrailə ölüm” şüarları səsləndirdi”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki