İran Hərbi Dəniz Qüvvələri gəmilərin Hörmüz boğazından keçməsinə icazə vermir.
Referans Media xəbər verir ki, bu barədə “Fars” xəbər agentliyi hərbi mənbələrə istinadən yazıb.
“Strateji su yolu bağlı qalır və İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Hərbi Dəniz Qüvvələri gəmilərin keçidinə növbəti xəbərdarlığa qədər icazə vermir”, – deyə bildirilib.
Bütün gəmilərə əraziyə girməkdən çəkinmək tövsiyə olunur:
“İran hər hansı risk və mümkün təhlükəsizlik nəticələrinə görə tam məsuliyyəti öz üzərinə götürür”.
Qeyd edək ki, İran iyunun 20-də İsrailin Livana qarşı hərəkətlərinə görə Hörmüz boğazını bağladığını elan etmişdi./Globalinfo.az
