ABŞ-İran danışıqları hansı formatda keçiriləcək? – Bəqayi açıqladı

İran Xarici İşlər Nazirliyinin sözçüsü  İsmayıl Bəqayi İsveçrədə keçirilən görüşlərlə bağlı açıqlama verib.

Referans Media xəbər verir ki, bu barədə İran mediası məlumat yayıb.

O bildirib ki, bu gün günortadan sonra İran, ABŞ, Qətər və Pakistan nümayəndələrinin iştirakı ilə dördtərəfli görüş keçiriləcək:

“Əvvəlcə Qətər nümayəndə heyəti ilə vasitəçilik formatında görüşlər aparılacaq, daha sonra isə Pakistan tərəfi ilə müzakirələr davam etdiriləcək.

Nəhayət, günün ikinci yarısında dörd tərəfli formatda – İran, ABŞ, Qətər və Pakistan arasında birgə toplantı baş tutacaq”./Globalinfo.az


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki