Türkiyənin bu ərazilərində mağazalar bağlandı – Səbəb

Türkiyənin kurort bölgələrində, xüsusilə Antalyada turist axınının azalması fonunda bəzi mağaza və xidmət obyektlərinin fəaliyyətini məhdudlaşdırılıb. 

Referans Media xəbər verir ki, bu barədə  “Shot” Telegram kanalı məlumat yayıb.

Bildirilib ki, yerli sakinlər 2026-cı ildə Rusiya vətəndaşlarının əvvəlki illərlə müqayisədə daha az gəldiyini qeyd edirlər:

“İlin ilk yarısında Antalya hava limanı vasitəsilə ölkəyə təxminən 711 min turist daxil olub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə təxminən 10 faiz azalma deməkdir.

Otellərin yay mövsümündə qiymətləri endirərək turist cəlb etməyə çalışdığı, xüsusilə iyul–avqust ayları üçün endirim planlaşdırıldığı bildirilir.

Antalya Otelçilər Birliyinin rəhbəri Hüseyn Dəyirmenci isə ilin ilk yarısını son illərin ən zəif dövrü kimi qiymətləndirib və tələbatın azalmasının əsas səbəblərindən biri kimi Yaxın Şərqdəki gərginliyi göstərib”./Globalinfo.az


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki