Daha bir ölkədə uşaqlara qadağa gəldi

Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) 15 yaşdan aşağı uşaqların sosial şəbəkələrdən istifadəsinə məhdudiyyət tətbiq edilib.

Referans Media xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.

Bildirilib ki, bu qərar rəqəmsal platformalarda uşaqların təhlükəsizliyini artırmaq məqsədi daşıyır.

Bundan bir həftə əvvəl Böyük Britaniya da oxşar qaydalar elan edib. Qərara əsasən, 16 yaşdan aşağı şəxslərin əsas sosial şəbəkələrə girişinə qadağa qoyulacaq, 16–17 yaşlı yeniyetmələr üçün isə canlı yayım və tanımadıqları şəxslərlə yazışma kimi bəzi funksiyalar məhdudlaşdırılacaq.

Qeyd olunur ki, Avstraliya bu cür yaş məhdudiyyətlərini tətbiq edən ilk ölkələrdən biri olub./Globalinfo.az 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki