İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Dəniz Qüvvələri Hörmüz boğazından gizli şəkildə çıxmağa çalışan iki gəmini ələ keçirib.
Referans Media xəbər verir ki, bu barədə İran mətbuatı yazıb.
“İslam İnqilabı Keşikçiləri Korpusunun Hərbi Dəniz Qüvvələri bu səhər sionist rejimə (İsrail – red.) məxsus “MSC-FRANCESCA” adlı iki gəmini və dəfələrlə qanun pozuntuları törətməklə və naviqasiya yardım sistemlərinə müdaxilə etməklə dəniz təhlükəsizliyini təhlükəyə ataraq gizli şəkildə Hörmüz boğazından çıxmağa çalışan “EPAMINODES” gəmisini müəyyən edərək dayandırıblar”, – deyə məlumatda qeyd olunub.
Gəmilər yükü və sənədləri yoxlamaq üçün hazırda İran İslam Respublikasının ərazi sularına köçürülüb.























