Çin Xalq Respublikasının Sədri Si Cinpinin adından 2026-cı il APEC Sammitində iştirak edən xarici qonaqların şərəfinə təşkil olunan təntənəli qəbulda səmimi və qonaqpərvər ab-hava hökm sürüb. Qonaqlar arasında Rusiya Prezidenti Vladimir Putin də olub.
Referans Media xəbər verir ki, bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə açıqlamasında bildirib.
Peskov qəbulun necə keçdiyi ilə bağlı suala cavabında tədbirin yüksək səviyyədə təşkil olunduğunu qeyd edib:
«Hər şey çox yaxşı keçdi. Həmişə olduğu kimi, çox isti və səmimi ab-hava var idi».
Onun sözlərinə görə, tədbirin təşkilatçıları qonaqlar üçün hər cür şərait yaradıblar.
«Həm yeməklər, həm də mədəni proqram yüksək səviyyədə idi», – deyə Peskov bildirib.
O, şam yeməyi zamanı yerli musiqiçilərin ifasında səsləndirilən milli musiqi nümunələrini də xüsusi qeyd edib.
