SOCAR-ın prezidenti Rövşən Nəcəf sosial şəbəkə hesabında paylaşım edib.
Referans.az xəbər verir ki, Rövşən Nəcəf Prezident İlham Əliyev tərəfindən təqaüd verilən Bakı Ali Neft Məktəbinin tələbələrinin adlarını açıqlayıb və onları təbrik edib.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “2025–2026-cı tədris ilində Azərbaycan Respublikasının ali məktəblərinə daxil olmuş tələbələrə Prezident təqaüdünün verilməsi haqqında” Sərəncamına əsasən, bu il Prezident təqaüdünə layiq görülən 102 tələbədən 36 nəfəri SOCAR-ın Bakı Ali Neft Məktəbində (BANM) təhsil alır.
BANM-in Prezident təqaüdçülərinin ixtisas bölgüsü aşağıdakı kimidir:
✔️ İnformasiya təhlükəsizliyi – 11 nəfər
✔️ Kimya mühəndisliyi – 8 nəfər
✔️ Maliyyə (yeni ixtisas) – 12 nəfər
✔️ Biznesin idarə edilməsi – 2 nəfər
✔️ Kompüter mühəndisliyi – 2 nəfər
✔️ Kompüter elmləri – 1 nəfər
