AFFAAzərbaycan yığmasının sabiq baş həkimi Vyaçeslav Xomenko AFFA-dan uzaqlaşdırıla bilər.
Hazırda qurumda Tibb Departamentinin rəisi postunu tutan ukraynalı ilə bağlı araşdırma başladılıb.
AFFA rəhbərliyi onun fəaliyyətinə dair bir sıra neqativ bilgilər alıb, bu üzdən, onların tək-tək incələnməsi zərurəti yaranıb.
Şübhələr kifayət qədər ciddi və inandırıcıdır - təhqiqat hansısa faktları üzə çıxarsa, Xomenkonun vəzifəsindən kənarlaşdırılması qaçılmazdır./SPORTİNFO.AZ
