SON DƏQİQƏ! Aeroportda taksilərlə bağlı yeni AÇIQLAMA EDİLDİbackend

SON DƏQİQƏ! Aeroportda taksilərlə bağlı yeni AÇIQLAMA EDİLDİ

  Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi Heydər Əliyev Beynəlxalq Aeroportunda taksi nəqliyyat növü ilə sərnişindaşımalar üzrə yeni qaydaların tətbiqi ilə bağlı təhlillər aparır.

 

Referans.az    xəbər  verir  ki, Bu barədə “APA Economics”in sorğusuna cavab olaraq Agentlikdən məlumat verilib.

Qeyd edilib ki, rəqabət qanunvericiliyinə əməl edilməsi üzrə dövlət nəzarət tədbirləri, o cümlədən araşdırma və yoxlamaların aparılmasının əsas prosedurları Azərbaycan Respublikasının Rəqabət Məcəlləsində təsbit edilib.

“Hazırda Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi tərəfindən məsələ ilə bağlı aidiyyəti bazar subyektləri ilə görüşlər keçirilərək məsələnin hüquqi və iqtisadi tərəfləri müzakirə edilir. Eyni zamanda, digər sahəvi qanunvericilik aktlarında təsbit olunan və beynəlxalq təcrübədə mövcud olan normalar təhlil edilir. Bu istiqamətdə rəqabət orqanının apardığı təhlillər bazar subyektlərinin davranışlarının dinamik tənzimləmə çərçivəsində formalaşdırılmasına və istehlakçı hüquqlarının qorunmasına istiqamətlənib”, – məlumatda bildirilib.

 

Qeyd edək ki, Heydər Əliyev Beynəlxalq Aeroportundan sərnişindaşımaların həyata keçirilməsi ilə bağlı yeni qaydalar qəbul edilib.  


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki