SON DƏQİQƏ: Azərbaycanda zəlzələ oldu backend

SON DƏQİQƏ: Azərbaycanda zəlzələ oldu 

Mingəçevir stansiyasından 15 km cənub-şərqdə, Yevlax rayonunda zəlzələ qeydə alınıb.

Respublika Seysmoloji Xidmət Mərkəzindən verilən məlumata əsasən, yerli vaxtla saat 21.35-də qeydə alınan yeraltı təkanların maqnitudası 3,0 olub. Zəlzələ ocağı Yerin 31 km dərinliyində yerləşib.

Zəlzələ hiss olunmayıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki