image-unlulere-uyusturucu-operasyonunda-yeni-dalga-19723844_5828_ampbackend

SON DƏQİQƏ! Şou-biznesə qarşı əməliyyat: Bu məşhurlar da SAXLANILDI 

İstanbul Respublika Baş Prokurorluğu tərəfindən aparılan narkotik araşdırması çərçivəsində bu gün yeni əməliyyat keçirilib. Əməliyyat nəticəsində aralarında məşhur şəxslərin də olduğu 9 nəfər saxlanılıb.

Referans Media xəbər verir ki, əməliyyat çərçivəsində saxlanılan şəxslər bunlardır:
Simge Sağın
İbrahim Çelikkol
Melek Davarcı (Mosso)
Deha Bilimler
Mustafa Ceceli
Ersay Üner
Aslı Sipahi Hacısüleymanoğlu
İlkay Şencan
Bengü (Erden)

Beykoz Respublika Prokurorluğu açıqlamasında əməliyyatın İstanbul Narkotik Cinayətləri ilə Mübarizə Şöbəsi ilə koordinasiyalı şəkildə həyata keçirildiyini bildirib. Açıqlamada qeyd olunub ki, “ictimayyət tərəfindən tanınan şəxslərə qarşı narkotik və stimullaşdırıcı maddələrdən istifadə, əldə etmə, saxlama və təmin etmə” ittihamı ilə aparılan araşdırmalar nəticəsində bu şəxslərin cinayətlərdə iştirakı müəyyən edilib.

Saxlanılan şəxslər əvvəlcə xəstəxanada tibbi müayinədən keçirilir, daha sonra narkotik istifadəsinə dair ekspertiza üçün Ədliyyə Tibb Mərkəzinə göndərilir. Prosedurlar tamamlandıqdan sonra onlar prokurorluğa ifadə verməyə çağırılır. Prokurorluq əldə olunan sübutlara əsasən şübhəlilərin azadlığa buraxılması və ya məhkəməyə göndərilməsi barədə qərar verir.

İstanbul Respublika Baş Prokurorluğu tərəfindən məşhurlara qarşı başlayan araşdırma 8 oktyabr 2025 tarixindən etibarən davam edir. Bu müddət ərzində müğənnilər, menecerlər və iş adamlarından ibarət çoxsaylı şəxslər ifadə verib, həmçinin qan və saç nümunələri üzərində laborator müayinələr aparılıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki