image-xz0ywqw-imgurbackend

Şoubaz məmur əhli – Röya icra başçısı ilə niyə görüşüb?

Müğənni Röya dekabrın 29-da Cəmşid Naxçıvanski adına Hərbi Liseydə Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə təşkil olunmuş bayram konsertində ifalarını təqdim edib. Həmin tədbir Xətai Rayon İcra Hakimiyyəti, YAP Xətai Rayon Təşkilatı, Bakı Şəhər Mədəniyyət Baş İdarəsi və C.Naxçıvanski adına Hərbi Liseyin birgə təşkilatçılığı ilə baş tutub. Tədbirdən əvvəl Xətai rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quluyev, Milli Məclisin deputatları Vüqar Rəhimzadə, Pərvanə Vəliyeva, YAP Xətai Rayon Təşkilatının sədri Ramil Mirzəyev, Hərbi Liseyin rəisi, polkovnik Anar Mirzəyev Röyanı təntənəli şəkildə qarşılayıblar. Amma onlardan heç biri xalq artisti Röya Ayxanın idman geyimində gəlməsinə irad bildirməyib. Röya Ayxan belə geyimdə rayondakı ideoloji mərkəzləri gəzib baxanda görəsən Xətai rayonunun icra başçısı, onu müşayiət edən müavinləri, Milli Məclisin deputatları heç olmasa az da olsa utanıblarmı? Xalq artisti bu adın mahiyyətini dərk edə bilmirsə, ona yerini göstərmək lazımdı. Amma o cəsarət adları çəkdiyim icra başçısı və deputatlarda yoxdur. Olsa idi, onda Röyaya görə əldən getməzdilər. Ayrı vaxt çox zəhmli görünən Xətai Rayon icra başçısı Rafiq Quliyev Röyanın yanında dişləri ağarmış şəkildə gəzirdi. Çünki hərəsi toy-düyünlərində müğənniləri havayı oxutmaq üçün onların qabağında bu cür muskin olurlar. Rafiq Quliyevin başqa vaxt qaş-qabağı yerlərə gedir. Sadə rayon sakinləri onun qəbuluna düşə bilmirlər. Şəhid ailələri, qazilər də həmçinin. İndi qəfildən üzü dönən Rafiq Quliyev idman geyimli Röyanın sağına-soluna keçəndə nə qədər boş bir kəs olduğunu sübut etdi.

Sima Babayeva


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki