Süni intellekt DÇ-2026-nın "ən yaraşıqlısını" seçdi - Ronaldo 45-ci oldu

Dünya Kubokunda hər zaman diqqət meydanda olsa da, bu dəfə fokus fərqli bir istiqamətə yönəlib: futbolçuların üz simmetriyası. Süni intellekt mütəxəssisləri turnirdə iştirak edən oyunçuları antik Yunan mənşəli "Qızıl Nisbət” (1.618) formuluna əsasən təhlil edərək nəticələr çıxarıb.

Referans Media  xəbər verir ki, nəticələrə görə, Argentina millisinin yarımmüdafiəçisi Rodriqo De Paul 74.18% uyğunluq göstəricisi ilə siyahının birinci pilləsinə yüksəlib. İkinci yerdə Almaniya millisindən Kay Haverts (74.10%), üçüncü sırada isə İngiltərədən Noni Madueke (73.29%) qərarlaşıb.

Siyahıda misirli Məhəmməd Salah və gənc braziliyalı Endrik də ilk sıralarda yer alıb. Kodi Qakpo, Bruno Fernandeş, Neymar və Cud Bellinqem kimi ulduzlar isə ilk 25-likdə göstərilib. Almaniya millisinin ilk səkkizliyə üç oyunçu ilə daxil olması da diqqət çəkən məqam olub.

Şöhrət deyil, riyaziyyat danışır

Araşdırmanı aparan "DreamAI” şirkətinin rəhbəri Georgi Dimitrov nəticələrin populyarlıq və ya marketinqə əsaslanmadığını, yalnız üz nisbətlərinin analiz edildiyini bildirib. Ən diqqətçəkən nəticələrdən biri isə Kriştiano Ronaldonun 45-ci sırada yer alması olub.

"Qızıl Nisbət" "Fi sabiti” kimi tanınan 1.618 dəyərinə əsaslanır. Üz və bədən proporsiyaları bu rəqəmə nə qədər yaxın olarsa, estetik uyğunluq da o qədər yüksək hesab olunur. Leonardo da Vinçinin "Vitruvius Adamı” əsərində də bu prinsipdən istifadə edilib.

Araşdırmada internetdə ən çox axtarılan 150 futbolçunun fotoşəkilləri analiz edilib.

Bununla belə, futbolçular ümumi reytinqdə Hollivud aktyorları ilə müqayisədə geridə qalır. Oxşar analizdə aktyor Aaron Teylor-Yohnson 93.04% göstərici ilə "dünyanın ən yaraşıqlı kişisi” seçilib./Qaynarinfo


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki