Son
günlər sosial şəbəkələrdə və mediada arxadan çəkilmiş radar şəkilləri ilə bağlı
sürücülər arasında narazılıq artıb. İddialara görə, bəzi hallarda radar
görüntülərində sürücünün şəxsiyyəti və ya avtomobilin sürətinin düzgün əks
olunmaması ciddi mübahisələrə səbəb olur. Bu vəziyyət yol patrul əməkdaşları ilə
sürücülər arasında söz atışmalarına və etirazlara yol açır. Mütəxəssislər
bildirirlər ki, radar görüntüsünün yalnız arxa tərəfdən olması cərimənin hüquqi
əsasını zəiflədə bilər və bu, ictimai narazılığı daha da artırır.
Nəqliyyat
məsələləri üzrə ekspert Elməddin Muradlı Referans-a açıqlamasında bu haqda
danışıb.
“Bu, olduqca düzgündür. Düzgün hesab olunmamasına əsas yoxdur. İstər öndən, istərsə
də arxa hissədən radar qeydiyyatı aparıla bilər. Bu xüsusi texniki cihaz vasitəsilə
aparılır və hər iki hal qayda pozuntusu olduqda cərimələnməyə uyğundur”.
Fidan
Vəlisoy