Sürücüsüz avtomobil qəza törədərsə, kim cəzalanacaq? — Açıqlama

Avtonom idarəetmə texnologiyalarının sürətlə inkişafı avtomobillərin təhlükəsizliyini artırsa da, hüquqi baxımdan mübahisəli mövzu olaraq qalır. Xüsusilə sürücüsüz və ya yüksək səviyyədə avtonom idarəetmə sisteminə malik avtomobilin yol-nəqliyyat hadisəsi törətməsi zamanı məsuliyyətin kimə aid olacağı məlum deyil.

Bəs belə olan halda avtonom avtomobil qəza törətsə, kim cəzalanacaq?

Referans Media bildirir ki, Demokrat.az-a bu barədə açıqlama verən avtomobil mütəxəssisi Elçin Abbasov qeyd edib ki, avtonom nəqliyyat vasitələrinin hər hansı bir şəhərdə təhlükəsiz və normal şəkildə fəaliyyət göstərə bilməsi üçün təkcə avtomobillərin texnologiyası kifayət etmir. 

Onun sözlərinə görə, bunun üçün şəhərin nəqliyyat infrastrukturu da müəyyən dərəcədə uyğunlaşdırılmalıdır:

“Xüsusilə rəqəmsal xəritələrin mümkün qədər dəqiq və daim yenilənən məlumatlarla təmin edilməsi böyük əhəmiyyət daşıyır. Məsələn, hazırda geniş istifadə olunan “Google Maps”, “Waze” və ya “Yandex Maps” kimi xəritələrdə yollarla bağlı bütün məlumatlar dəqiq əks olunmalıdır. Buraya hərəkət istiqamətləri, birtərəfli yollar, dönmə məhdudiyyətləri, yol nişanları, zolaqlar, eləcə də yolayrıclarında hansı nəqliyyat vasitəsinin hərəkət üstünlüyünə malik olduğu, yəni keçid hüququnun kimdə olması kimi məlumatlar daxildir”.

Ekspert əlavə edib ki, avtonom avtomobillər məhz bu məlumatlara əsaslanaraq qərarlar qəbul etdiyindən, xəritələrdəki hər hansı natamamlıq və ya yanlışlıq onların hərəkətinə və təhlükəsizliyinə birbaşa təsir göstərə bilər.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki