Van Dammın son görüntüləri gündəm oldu - Video

Hollivud ulduzu Jan-Klod Van Dammın son görüntüləri sosial şəbəkələrdə böyük marağa səbəb olub.

Referans Media  xəbər verir ki, 65 yaşlı aktyor xarici illüzionist tərəfindən kurortda təsadüfən görüntülənib. Hovuz kənarında dincələn Van Damm videoda yalnız dəsmalla kamera qarşısına keçib. Videonu paylaşan şəxs aktyorla qarşılaşmasını belə şərh edib:

"Ən böyük kumirlərimdən biri ilə görüşmək mənim üçün xüsusi an idi".

Qısa müddətdə yayılan görüntülər sosial şəbəkələrdə viral olub. Video 7 milyondan çox baxış toplayıb, 35 mindən artıq bəyənmə qazanıb.

İzləyicilər şərhlərdə aktyorun yaşına baxmayaraq, əla formada olduğunu qeyd edərək onu "əfsanə" və "əsl yaraşıqlı" adlandırıblar. Bir çoxu isə Van Dammın məşhur filmlərini və döyüş səhnələrini nostalji ilə xatırlayıb.

Qeyd edək ki, aktyor bir müddət əvvəl 35 yaşlı qızı Byanka ilə çəkilmiş fotolarını paylaşması ilə də diqqət çəkmişdi.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki