Tramp: ABŞ-a qanunsuz miqrant axınının qarşısını almışıq

ABŞ-də qeyri-qanuni miqrasiya ilə bağlı müzakirələr davam etdiyi bir vaxtda Prezident Donald Tramp administrasiyasının sərhəd siyasətini yenidən müdafiə edib.

Referans Media xəbər verir ki, Donald Tramp Las-Veqasda keçirilən tədbirdə çıxışı zamanı ABŞ-a qanunsuz miqrant girişinin dayandırıldığını iddia edib.

Tramp bildirib ki, vəzifəyə başladıqdan qısa müddət sonra ölkəyə qanunsuz miqrant axınının qarşısını alıb və son 15 ay ərzində ABŞ-a bir nəfər də qanunsuz miqrantın daxil olmadığını irəli sürüb.

O, həmçinin cinayət törədən qeyri-qanuni miqrantların deportasiyasının davam etdiriləcəyini vurğulayaraq, ABŞ Miqrasiya və Gömrük Mühafizəsi Xidmətinin (ICE) fəaliyyətini dəstəklədiyini bildirib.

Tramp çıxışı zamanı İspaniyada miqrantlarla bağlı baş verən hadisələrə də toxunaraq, ABŞ-da oxşar vəziyyətin yaranmasına imkan verməyəcəklərini qeyd edib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki